...

YAP Gənclər Birliyi Gənclər Günü münasibətilə tədbir keçirib

Siyasət Materials 31 Yanvar 2006 13:54 (UTC +04:00)

Yanvarın 31-də Əl Oyunları İdman Sarayında Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin fevralın 2-də Gənclər Günü münasibətilə tədbiri keçirilib. Trend xəbər verir ki, tədbiri Gənclər Birliyinin sədri Ramil Həsənov açıb.

Tədbirdə çıxış edənlər - təhsil naziririn birinci müavini Elman Qasımov, millət vəkili Fuad Muradov, gənclər və idman nazirinin müavini Asif Əsgərov, YAP sədrinin müavini, millət vəkili Əli Əhmədov və başqaları ümumilli lider Heydər Əliyevin və onun davamçısı prezident İlham Əliyevin gənclərə göstərdiyi qayğı və diqqətdən bəhs ediblər.

Tədbirdə parlamentin vitse-spikeri Bahar Muradova, YAP-ın icra katibinin müavinləri, millət vəkilləri Mübariz Qurbanlı, Səyavuş Novruzov, partiyanın Siyasi Şurasının üzvləri və digər millət vəkilləri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti