...

İqtidar MSK-nın mövcud formatının saxlanılmasının tərəfdarıdır

Siyasət Materials 31 Yanvar 2006 14:28 (UTC +04:00)

Seçki administrasiyalarının formalaşdırılması məsələsində Azərbaycanın mövqeyi ilə bəzi qurumların mövqeyi arasında fərqli məqamlar var. Trend xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, partiyanın icraçı katibi, millət vəkili Əli Əhmədov bildirib.

"Bu fərqli məqamların Azərbaycanın rellıqlarını dəqiqliyi ilə obyektiv olaraq dəyərləndirməmək səbəbindən mövcud olub" - deyən Ə.Əhmədov bu məsələ ilə bağlı Azərbaycan hökuməti ilə beynəlxalq təşkilatlar arasında ciddi danışıqların aparılacağını bildirib.

YAP rəsmisi onu da vurğulayıb ki, bu danışıqların nəticəsi olaraq Azərbaycan tərəfi bir daha Mərkəzi Seçki Komissiyasının formalaşdırılması prinsiplərinin ölkəmizdə demokratiyanın inkişafına təkan verə biləcək ən məqbul format olduğunu bəyanlayacaq: "Biz bu formatın saxlanılmasının tərəfdarıyıq", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti