...

Gəncə prokurorluqda 5208 şikayət araşdırılır

Siyasət Materials 1 Fevral 2006 12:36 (UTC +04:00)

Gəncə prokurorluğundan verilən məlumata görə, hazırda şəhər üzrə vətəndaşlar tərəfindən daxil olan 5208 şikayət ərizəsi və 14 açılmayan cinayət işləri üzrə araşdırma aparılır. Əsas şikayətlər dobum evləri, məhkəmə süründürməçilikləri, polis müdaxilələri və dövlət idarə və müəssisələrində səhlənkarlıq və rüşvətxorluq halları ilə bağlıdır.

Prokurorluqdan o da bildirildi ki, artıq işdə 340-da çox şikayət ərizələri tam araşdırılıb, baxılmaq üçün yerli ali və apelyasiya məhkəmələrinə göndərilib. Digər araşdırma işləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti