...

Sərdar Cəlaloğlu: "Azadlıq" blokunun gələcək fəaliyyəti AXCP (i) –nin qərarından asılı olacaq"

Siyasət Materials 8 Fevral 2006 12:24 (UTC +04:00)

"Azadlıq" blokunun gələcək fəaliyyəti Azərbaycan Xalq Cəbhəsi Partiyasının (islahatçılar) qərarından asılı olacaq. Bu barədə Trend ə adıçəkilən blokun təsisçilərindən olan Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu bildirib.

S.Cəlaloğlu onu da qeyd edib ki, AXCP hələ Müsavat Partiyasının təkrar seçkilərdə iştirakı ilə bağlı qərarına münasibət bildirməyib: "Cəbhəçilərin bu məsələ ilə bağlı qərarından sonra blokun gələcəkdə fəaliyyət göstərib göstərməyəcəyi dəqiqləşəcək". ADP rəsmisi əlavə edib ki, artıq onlar Müsavat Partiyası ilə bir yerdə fəaliyyət göstərə bilməyəcəkləri ilə bağlı qərar qəbul ediblər.

"Söhbət "Azadlıq" blokundan getmir, ümumilikdə müxalifətin birgə mübarizəsindən gedir" - deyən S.Cəlaloğlu adıçəkilən blokun fəaliyyətinə xitam verilərsə digər təşkilatlanmanın olacağını istisna etməyib. Ancaq Müsavat Partiyasının iştirakı olmadan "Azadlıq" blokunun əvvəlki kimi mübarizə aparacağına inanmadığını qeyd edib.

Xəbər lenti

Xəbər lenti