...

Elmar Məmmədyarov: ATƏT-in Minsk qrupunun həmsədrləri mart ayında Vaşinqtonda danışıqlar prosesini müzakirə edəcək

Siyasət Materials 15 Fevral 2006 17:48 (UTC +04:00)
Elmar Məmmədyarov: ATƏT-in Minsk qrupunun həmsədrləri mart ayında Vaşinqtonda danışıqlar prosesini müzakirə edəcək

ATƏT-in Minsk qrupunun həmsədrləri mart ayında Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması üzrə danışıqlar prosesinin hazırkı mərhələsini müzakirə edəcək. Trend Space telekanalına istinadən bildirir ki, AR XİN başçısı Elmar Məmmədyarov bu barədə jurnalistlərə bəyan edib.

"Onlar prosesin hansı mərhələdə olması ilə bağlı fikir mübadiləsi aparacaq, bundan sonra isə tərəflərə müraciət edəcək.Yəni onlar xarici işlər nazirləri səviyyəsində görüş keçirməyi yaxud regiona səfər etməyi təklif edə bilər" -deyə nazir qeyd edib.O, əlavə edib ki, bu barədə mart ayından sonra məlum olacaq.

ATƏT-in Minsk qrupunun Fransa, ABŞ və Rusiyadan olan həmsədrləri fevralın 10-11-də Parisdə Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilmiş danışıqların yekunlarına əsasən kommyunike ilə çıxış edib. Burada qeyd olunur ki, martın əvvəlində Vaşinqtonda məsləhətləşmələr keçiriləcək, Azərbaycan və Ermənistanın XİN başçıları ilə Dağlıq Qarabağ problemi üzrə gələcək müzakirələrin müxtəlif aspektləri nəzərdən keçiriləcək.

Xəbər lenti

Xəbər lenti