...

Benita Ferrero-Valdner: Avropa Birliyi Azərbaycanla energetika əməkdaşlığının inkişafında maraqlıdır

Siyasət Materials 16 Fevral 2006 13:19 (UTC +04:00)
Benita Ferrero-Valdner: Avropa Birliyi Azərbaycanla energetika əməkdaşlığının inkişafında maraqlıdır

Avropa Birliyi (AB) Azərbaycanla əməkdaşlıqda maraqlıdır və biz AB-nin "Avropa Qonşuluğu Siyasəti" çərçivəsində Fəaliyyət proqramının təsdiqlənməsi üzrə danışıqlarıne tezliklə başa çatacağına ümid edirik. Trend in məlumatına görə, belə bir bəyanatla fevralın 16-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla danışıqların yekunu ilə bağlı keçirilən brifinqdə AB-nin Avropa Qonşuluq Siyasətinin xarici əlaqələr üzrə komissarı Benita Ferrero-Valdner bəyan edib.

"Bu gün AB-Azərbaycanın əməkdaşlığının inkişafının yeni mərhələsi davam edir və 2006-cı ildə Azərbaycanla AB arasında əlaqələrin daha da genişlənəcəyinə ümid edirik",- deyə B. Ferrero-Valdner bildirib. Onun sözlərinə görə, Bakı ilə AB ölkələri arasında əlaqələrin inkişafının Azərbaycana böyük xeyir gətirəcək. Komissar hesab edir ki, Avropa bazarlarına çıxış respublikanın Avropaya inteqrasiyasına yeni təkan verəcək.

Komissarın sözlərinə görə, AB Azərbaycanla energetika sahəsində əməkdaşlığa xüsusi əhəmiyyət verəcək. Eləcə də, Brüssel tezliklə Azərbaycandan qaz və neft kəmərlərinin çəkilişində maraqlıdır.

O bildirib ki, əsas diqqət AB-nin Azərbaycanla iqtisadi əməekdaşlığına, eləcə də texniki yardım və islahatların dəstəklənməsinə ayrılacaq.

Dağlıq Qarabağ probleminin nizamlanmasına gəldikdə, B. Ferrero-Valdner AB-nin bu münaqişənin sülh yolu ilə nizamlanmasında maraqlı olduğunu bəyan edib. "Prblemin həlli ilk növbədə Azərbaycandan və Ermənistandan asılıdır. Hərçənd ki, tərəflər öz aralarında razılığa gəlsələr, biz ərazilərin bərpasına yardım etməyə hazırıq", -deyə kommisar bildirib. Bu kontekstdə B. Ferrero-Valdner regional əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verib.

Ferrero-Valdner Bakıdakı danışıqların gündəliyində digər mühüm məsələnin Azərbaycanda "quş qripi" virusunun qarşısının alınması olduğunu bildirib. "Mən Bakıya yardım göstərilməsi ilə bağlı AB-nin rəhbərliyi ilə danışıqlar aparacağam"- deyə AB komissarı bildirib.

Xəbər lenti

Xəbər lenti