...

Azərbaycanın diplomatik missiyası Ermənistan tərəfinin əsassız ittihamlarını təkzib edəcək

Siyasət Materials 16 Fevral 2006 16:02 (UTC +04:00)
Azərbaycanın diplomatik missiyası Ermənistan tərəfinin əsassız ittihamlarını təkzib edəcək

Azərbaycanın səfirlikləri və beynəlxalq təşkilatlardakı diplomatik missiyaları tərəfindən Ermənistan diasporunun guya Culfa rayonunda qəbristanlıqda olan qəbrüstü təsvirlərin dağıdılması barədə əsassız iddialarla davam etdirdiyi kampaniya ilə bağlı olaraq press-relizlər yayımlayacaq. Bu barədə Trend ə AR XİN-in mətbuat və informasiya siyasəti idarəsinin rəisi Tahir Tağızadə bildirib.

Onun sözlərinə görə, Azərbaycanın səfirlikləri təsdiq edəcək ki, mədəni-dini irs müxtəlifliyinə malik olan ölkəmiz cəmiyyətin siyasi xarakterinin möhkəmləndirilməsi mövqeyindən çıxış edərək Culfa rayonundakı qədim alban qəbristanlığını arxeoloji abidə elan edib. Tağızadə qeyd edib ki, Azərbaycan üçün bütün tarixi və memarlıq abidələrinin müdafiəsi prioritet olaraq mühüm işdir. Onun sözlərinə görə, Azərbaycanın diplomatik missiyaları vurğulayacaq ki, Ermənistan tərəfi Azərbaycanın işğal olunmuş ərazilərində erməni hərbçilərinin vəhşicəsinə törətdiyi cinayətlərdən diqqəti yayındırmağa çalışaraq orta ölçülü mənsubiyyəti məlum olmayan daş abidələri məhv edən naməlum əsilli bir sıra şəxsin təsvir olunduğu qarışıq və heç nəyi sübut etməyən video görüntülər əsasında Azərbaycan rəhbərliyinə ittihamlarla müraciət edib.

Səfirliklər həmçinin vurğulayacaq ki, Azərbaycanın mədəni irsinə məxsus zərər çəkməmiş elə bir tarixi və mədəni abidə yoxdur. Azərbaycanın bu regionlarında iqtisadi struktur məqsədəuyğun şəkildə məhv

edilir. Bu siyasət nəticəsində Azərbaycanın mədəni irsinə vurulmuş ümumi ziyan $7 mlrd.təşkil edir və bu, o cümlədən Ermənistan ərazisində, keçmiş İrəvan xanlığı ərazisində dağıdılmış 180 məscidi, 500-dən çox qəbristanlığı, muzeyləri, 969 kitabxananı, 850 musiqi məktəbini, 4 teatrı, 4 konsert zalını və digər tikililəri də əhatə edir.

T.Tağızadə bəyan edib ki, adıçəkilən Culfa qəbristanlığı həqiqətlərin saxtalaşdırılması üçün daha bir cəhddir. Onun sözlərinə görə, Azərbaycan əmindir ki, diasporun bu hücumları uğursuzluğa məhkumdur və Ermənistan başa düşür ki, məsuliyyətin digər tərəfin üzərinə qoyulmasına yönəldilmiş qarşıdurma və əsassız ittihamlar siyasətinin gələcəyi yoxdur.

Xəbər lenti

Xəbər lenti