...

Təkrar seçkilərin keçiriləcəyi dairələr kompyuterləşdirilib

Siyasət Materials 17 Fevral 2006 18:56 (UTC +04:00)

13 mayda təkrar seçkilərin keçiriləcəyi 10 seçki dairəsinin kompyuterləşdirilməsi işi başa çatıb. Bu barədə Trend ə Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) "Seçkilər" İnformasiya Mərkəzinin direktoru İqbal Babayev məlumat verib. O, bildirib ki, "Seçkilər" İnformasiya Mərkəzi hazırda Seçki Məcəlləsinin 46.2-ci maddəsindən irəli gələn işlə - seçici siyahılarının dəqiqləşdirilməsi ilə məşğuldur.

Dəqiqləşdirmə işi martın 9-dək aparılacaq. Martın 10-dan seçki gününə qədər isə vətəndaşlar məhkəmələr yolu ilə siyahılara əlavə və dəyişikliklər edə bilərlər.

Seçki dairələrinin kompyuter və digər texniki avadanlıqlarla tam təchiz edildiyini deyən İqbal Babayev bildirib ki, təkrar seçkidə bir sıra yeni və daha təkmil üsullardan istifadə olunacaq. Məsələn, səsvermədən əvvəl seçicilər dairələrə gəlib kompyuterdə siyahılarla tanış ola bilərlər. Həmçinin seçki proseduraları və səsvermənin gedişi ilə bağlı müşahidəçilik aparılması üçün daha əlverişli şərait yaradılacaq.

Xəbər lenti

Xəbər lenti