...

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində yoxlama aparılacaq

Siyasət Materials 21 Fevral 2006 15:22 (UTC +04:00)

Fevralın sonunda DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində yoxlama aparılacaq. Bu barədə Trend ə İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov məlumat verib.

E.Behbudov bildirib ki, son bir neçə gün ərzində Yasamal və Nərimanov rayon polis idarələrində və həmin idarələrin tabeliyindəki müvəqqəti saxlama yerlərində yoxlamalar aparılıb. Növbəti yoxlamaların DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) aparılması planlaşdırılıb. Bu, həmin idarədə Komitə tərəfindən aparılan 3-cü yoxlama olacaq.

"Monitorinqlər daxili işlər naziri ilə razılaşdırılmış şəkildə həyata keçirilir. Yaxın günlərdə yenə də DİN BMCMİ-də keçiriləcək. Komitəyə daxil olan şikayətlər arasında bu idarənin adı çox hallanır. Əgər idarənin müvəqqəti saxlama təcridxanasında hər hansı neqativ hal müşahidə etsək yəqin ki, mütləq cənab Ramil Usubovun diqqətinə çatdıracağıq" - deyə E.Behbudov söyləyib.

Xəbər lenti

Xəbər lenti