...

Azərbaycan və Rusiya prezidentlərinin fevralın 22-də Bakıda imzalandıqları birgə bəyannamənin mətni

Siyasət Materials 22 Fevral 2006 18:17 (UTC +04:00)

Trend agentliyi Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin fevralın 22-də Bakıda imzaladıqları birgə bəyannamənin mətnini dərc edir.

"Rusiya-Azərbaycan münasibətlərində məsələlərin geniş spektrini nəzərə alaraq, iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı gedişinə və perspektivlərinə baxaraq iki dövlət başçısı bəyan edir: Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci il iyulun 3-də imzalanmış dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik barədə Müqaviləyə, 2001-ci il 6 fevral tarixli RF və AR-dakı Bakı Bəyannaməyə, 2004-cü il 6 fevral tarixli Moskva Bəyannaməsinə daimi sədaqətini təsdiq edərək iki dövlət başçısı dövlətlərarası münasibətlərin siyasi, iqtisadi, hərbi və humanitar sahələrdə çox planlı əməkdaşlığının keyfiyyətcə təkmilləşdirilməsi yolu ilə yeni səviyyəyə qaldırmaq niyyətindədir.

Onlar ikitərəfli münasibətlərə vacib dinamika və istiqamət verən yüksək səviyyədə ardıcıl və konstruktiv Rusiya-Azərbaycan dialoqunun mühüm rolunu qeyd edirlər. Həmçinin, bütün digər səviyyələrdə də mübadilələrin və əlaqələrin genişləndirilməsi və dərinləşməsini, ikitərəfli siyasi və digər məsləhətləşmələrin təcrübəsinin inkişafını, iki ölkənin icra hakimiyyəti orqanları arasında iş təcrübəsinin mübadiləsinə tərəfdar olduqlarını bildirirlər.

Dövlət başçıları son illər ikitərəfli ticarət mübadiləsinin artmasından məmnunluqlarını ifadə edərək RF ilə AR arasında 2010-cu ilə qədər olan dövrdə uzunmüddətli iqtisadi əməkdaşlıq barədə Müqavilənin şərtlərinə müvafiq olaraq iqtisadiyyatın strateji sahələrində məqsədli birgə layihələrin reallaşdırılmasının mühümlüyünü qeyd edirlər.

Dövlət başçıları RF və AR-nın yanacaq-energetika kompleksində, karbohidrogenlərin dünya bazarına nəqlindəki qarşılıqlı fəaliyyətdə, eləcə də elektrik energetikası sahəsində əməkdaşlığın inkişafında xüsusi maraqlara malik olduqlarını ifadə edirlər.

Prezidentlər milli təhlükəsizlik maraqlarından çıxış edərək hərbi və hərbi-texniki əməkdaşlığın genişləndirilməsini fəallaşdırmağa hazır olduqlarını təsdiqləyərək ona strateji əməkdaşlığın əsas tərkib hissəsi kimi baxırlar. Onlar iki ölkənin hökumətlərinə hərbi-texniki əməkdaşlığın hüquq- müqavilə bazasının təkmilləşdirilməsi üzrə tədbirlər görməyi və bu sahədə 3-cü ölkəyə qarşı yönəlməyəcək və hər iki dövlətin üzərinə götürdüyü beynəlxalq öhdəliklərə ziddiyyət təşkil etməyəcək qarşılıqlı fəaliyyət proqramını işləyib hazırlamağı tapşırırlar.

Tərəflər milli və beynəlxalq nəqliyyat infrastrukturlarından istifadə işində uzunmüddətli əməkdaşlıqda və birgə inkişaf işində, Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində tranzit daşınmaların həyata keçirilməsində öz ərazilərində əlverişli şəraitin təmin olunmasında maraqlı olduqlarını ifadə edirlər.

Prezidentlər RF ilə AR arasında 2005-2006-cı illərin Milli illər kimi mübadiləsinin iki ölkənin xalqlarının hərtərəfli yaxınlaşmasında mühümlüyünü qeyd edərək xüsusilə gənclər arasında, mədəniyyət, elm və təhsil, informasiya, turizm və idman sahəsində Rusiya və Azərbaycan diasporlarının nümayəndələrinin Rusiya və Azərbaycan xalqları arasında ənənəvi dostluq və etimad tellərinin gələcəkdə daha da güclənməsi üçün yeni mübadilə formalarının axtarışı və əməkdaşlığın genişləndirilməsinin zəruri olduğunu diqqətə çatdırırlar. İki ölkənin başçıları Rusiya və Azərbaycanın dostluq, mehriban qonşuluq və əməkdaşlıq sərhədləri olaraq qalmalı olan dövlət sərhədlərinin delimitasiyasının başa çatdırılması üzrə birgə işin fəallaşdırılması barədə razılığa gəliblər.

Bu zaman beynəlxalq terrorizmə, narkotiklərin qanunsuz dövriyyəsinə və qeyri-leqal silah ticarətinə qarşı mübarizədə əməkdaşlığın inkişafına qarşılıqlı şəkildə hazır olduqlarını təsdiqləyirlər.

RF və AR-nın hüquq-mühafizə orqanlarına qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılması barədə tapşırıq veriblər.

İki ölkənin rəhbərləri suverenliyə, ərazi bütövlüynə, dövlət sərhədlərinin pozulmazlığına, eləcə də Qafqaz dövlətləri arasında sülhün və mehriban qonşuluğun saxlanmasının etibarlı əsasını təşkil edən hamı tərəfindən tanınan beynəlxalq hüquq prinsiplərinə möhkəm sədaqətlərini bir daha təsdiqləyiblər.

Bu kontekstdə iki ölkənin prezidentləri Dağlıq Qarabağ münaqişəsinin BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Minsk Qrupunun Rusiya, Fransa və ABŞ-dan olan həmsədrlərinin vasitəçiliyi ilə ATƏT-in qərarları əsasında tezliklə həll olunmasına tərəfdar olduqlarını bildiriblər.

Tərəflər Xəzər dənizinin yeni hüquqi statusunun müəyyən edilməsi üzrə, o cümlədən Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində dənizin ehtiyatlarından səmərəli istifadəsi, müdafiəsi və onun təbii mühitinin saxlanmasının digər sahələrində razılaşmanın əldə olunmasına imkan verən Xüsusi işçi qrup formatında danışıqlar prosesinin davam etdirilməsinin zəruriliyini qeyd edirlər. Bununla əlaqədar, İranın təklif etdiyi Tehranda beş Xəzəryanı dövlətin rəhbərlərinin ikinci görüşünə hazırlığın əhəmiyyəti qeyd olunub.

Prezidentlər Xəzəryanı dövlətlərin terrorizm hədələrinin və kütləfi qırğın silahlarının yayılmasının qarşısının alınması, silahların və narkotiklərin qanunsuz dövriyyəsi, qanunsuz miqrasiya sahəsində əməkdaşlığının mühüm əhəmiyyətini xüsusi qeyd edirlər. Bununla əlaqədar onlar Xəzər dənizində təhlükəsizliyin təmin olunması sahəsində qarşılıqlı fəaliyyət mexanizminin yaradılması imkanlarına baxılmasını tərəfdar olduqlarını bildirirlər.

Prezidentlər MDB-nin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi məqsədilə Müstəqil Dövlətlər Birliyinin orqanlarının yenidən formalaşdırılması və təkmilləşdirilməsi prosesinin davam etdirilməsinə tərəfdar olduqlarını ifadə edirlər".

Xəbər lenti

Xəbər lenti