...

Venesiya komissiyası Azərbaycanda təkrar parlament seçkiləri ərəfəsində treninqlər təşkil edəcək

Siyasət Materials 28 Fevral 2006 14:50 (UTC +04:00)
Venesiya komissiyası Azərbaycanda təkrar parlament seçkiləri ərəfəsində treninqlər təşkil edəcək

Avropa Şurasının Venesiya komissiyasına (VK) Azərbaycan hökumətindən may ayında keçiriləcək təkrar parlament seçkiləri ərəfəsində seçki qanunvericiliyinə dəyişikliklərin edilməsi ilə bağlı müraciət daxil olmayıb. Bu barədə eksklyuziv olaraq Trend ə VK katibliyinin nümayəndəsi, mətbuatla əlaqələr üzrə məsul Tatyana Mışelova bildirib.

"Hazırda Azərbaycan hökumətindən Venesiya komissiyası ilə əməkdaşlığa dair müraciət daxil olmayıb" -deyə o bildirib.

Eyni zamanda, T.Mışelova Azərbaycanda 10 seçki dairəsi üzrə keçiriləcək təkrar parlament seçkiləri ərəfəsində Venesiya komissiyasının seçki komissiyaları üçün treninqlər keçirmək niyyətində olduğunu bildirib.Hələlik treninqlərin tarixi və mövzusu məlum deyil, amma bu treninqlər həm rayon seçki komissiyaları, həm də MSK nümayəndələri üçün keçirilə bilər.

"Adətən biz seçkilərin təşkilində mühüm olan müəyyən aspektləri seçirik. Bəzən söhbət, məsələn, şikayətlərlə bağlı hakimlər üçün konkret məqsədli qruplardan (target groups) gedir. Bəzən treninqlər seçkilərin keçirilməsi ilə bağlı seçki komissiyaları üçün təşkil edilir" -deyə T.Mışelova bildirib.

Xəbər lenti

Xəbər lenti