...

Tahir Tağızadə: Dağlıq Qarabağa Azərbaycan hökumətinin razılığı olmadan istənilən səfər qanunsuzdur

Siyasət Materials 1 Mart 2006 18:26 (UTC +04:00)

Hər bir dövlətə və xarici nümayəndə heyətinə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan və Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağa ölkə hökumətinin icazəsi olmadan edilən istənilən səfər qanunsuz hesab edilir.

Bu barədə Trend ə Azərbaycanın XİN-nin İnformasiya idarəsinin rəisi Tahir Tağızadə Lüksemburq parlamentinin nümayəndə heyətinin bu yaxınlarda Dablıq Qarabağa səfərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, onda olan məlumata görə, nümayəndə heyətinin rəhbəri Frank Engel artıq Lüksemburq parlamentinin üzvü deyil və özəl qrupu təmsil edir. T.Tağızadənin sözlərinə görə, lakin bu, vəziyyəti qəti dəyişdirmir və Azərbaycan tərəfi bununla əlaqədar müəyyən addımlar atacaq. "Biz Lüksemburqla ikitərəfli əlaqələri davam etdiririk"-deyə o qeyd edib və bildirib ki, əgər bunun rəsmi nümayəndə heyəti deyil, özəl qrup olduğu aydınlaşarsa, "mən nota göndərmək çünü zərurət görmürəm"-deyə XİN-in rəsmi nümayəndəsi bəyan edib.

Tağızadənin sözlərinə görə, Azərbaycan Respublikası xarici tərəfdaşları qarşısında beynəlxalq birlik tərəfindən tanınan öz ərazi bütövlüyünün tanınması məsələsini qoyacaq.

Xatırladaq ki, Lüksemburqdan olan nümayəndə heyəti Dağlıq Qarabağa səfər çərçivəsində qondarma "Dağlıq Qarabağ Respublikası"nın "rəhbərliyi" ilə bir sıra görüşlər keçiriblər.

Xəbər lenti

Xəbər lenti