...

İqbal Ağazadə: "Parlamentdə Dağlıq Qarabağ problemi ilə məşğul olan ictimai komissiya yaradılmalıdır"

Siyasət Materials 6 Mart 2006 17:10 (UTC +04:00)

Milli Məclisdə Dağlıq Qarabağ problemi ilə məşğul olan ictimai komissiya yaradılmalıdır. Bu barədə Trend ə Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib.

İ.Ağazadə bildirib ki, millət vəkilləri ayrı-ayrı komissiyalarda təmsil olunurlar. Ancaq Dağlıq Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə və eyni zamanda ayrı-ayrı ölkələrin parlamentlərinə çatdırmaq üçün xüsusi komissiyaya ehtiyac olduğunu deyən İ.Ağazadə millət vəkilləri arasında danışıqlar aparıldığını bildirib: "Artıq 18 millət vəkili belə bir komissiyanın yaradılmasına razılıq verib".

Millət vəkili onu da qeyd edib ki, xüsusi komissiyada parlamentdə təmsil olunan bütün partiyaların nümayəndələri iştirak edəcək. Artıq danışıqların yaxın günlərdə başa çatacağını və lazımi sənədlərin parlament rəhbərliyinə təqdim olunacağını deyən İ.Ağazadə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdan ötrü lazımi sənədlərin və faktların əldə olunması üçün müvafiq orqanların yardımından da istifadə ediləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti