...

Demokratik İslahatlar Partiyası Belorusiyada siyasi rəqiblərə qarşı zorakılığı pisləyir

Siyasət Materials 27 Mart 2006 12:32 (UTC +04:00)

Belorusiyada keçirilən prezident seçkilərinin nəticələrinə etiraz edən qüvvələr hüquq-mühafizə orqanları tərəfindən həbslərə və zorakılığa məruz qalıb. Bu barədə "Trendə" Demokratik İslahatlar Partiyasının mətbuat xidmətindən bildiriblər.

Demokratik islahatlar Partiyası Belorusiyada siyasi rəqiblərə qarşı zorakılığı pisləyir, həbslərin dayandırılmasını, yeni həbs olunanların və siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edir. Partiya həmçinin, hesab edir ki, Belorusiyada keçirilən prezident seçkilərinin nəticələri beynəlxalq təşkilatlar və ictimaiyyət tərəfindən ciddi araşdırılmalı, müşahidə olunan qeyri-qanuni hallara qarşı müvafiq tədbirlər görülsməlidir.

Xəbər lenti

Xəbər lenti