...

Seçki komissiyalarının seçici siyahılarını MSK-ya təhvil verməsi prosesi başa çatdı

Siyasət Materials 4 Aprel 2006 13:32 (UTC +04:00)

Dairə və məntəqə seçki komissiyalarının seçicilərin dəqiqləşdirilmiş siyahılarını Mərkəzi Seçki Komissiyasına (MSK) təhvil verməsi prosesi aprelin 4-də başa çatdı. Trend in məlumatına görə, bu barədə MSK-nın "Seçkilər" İnformasiya Mərkəzində keçirilən mətbuat konfransında akçıqlama verilib.

"Seçkilər" İnformasiya Mərkəhinin direktoru İqbal Babayev bildirib ki, ölkənin bütün seçki dairələri üzrə seçici siyahılarının dəqiqləşdirilməsi prosesi may ayının sonunadək davam edəcək. Onun sözlərinə görə, 85 dairə seçici siyahalarını artıq təhvil verib, martın 4-də qalan 40 dairə də siyahıları təhvil verəcək. İ.Babayev bildirib ki, seçici siyahıları ilə bağlı bütün statistik məlumatlar barədə may ayının sonunda açıqlama veriləcək. Səsvermə gününə 35 gün qalmış siyahılarda dəqiqləşdirmə işləri aparılacaq, artıq aprelin 9-dan mayın 13-dək isə siyahılarda adlarını tapmayan vətəndaşlar məhkəmə yolu ilə adlarını bərpa etdirə bilərlər.

İ.Babayev qeyd edib ki, son 5 ildə seçki qurumları həm də internet sistemi ilə fəaliyyət göstərir. Seçici siyahılarının, hətta seçicilərin və seçki məntəqələrinin ünvanlarının internet səhifəsində yerləşdirilməsi vətəndaşlara və seçki komissiyalarına xeyli köməklik göstərir. İ.Babayev qeyd edib ki, seçki günü "Seçkilər" İnformasiya Mərkəzi səhət saat 07.00-dan açıq olacaq, seçki keçirilən hər bir məntəqənin protokolu 24 saat ərzində elan olunacaq.

Xəbər lenti

Xəbər lenti