...

Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzi 5 nümayəndədən ibarət işçi qrupu formalaşdırıb

Siyasət Materials 5 Aprel 2006 17:54 (UTC +04:00)

Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzinin (MSƏM) aprelin 5-də keçirdiyi toplantısında işçi qrupu formalaşdırılıb. Bu barədə Trend ə MSƏM-in təsisiçlərindən olan Milli Dirçəliş Hərəkatının (MDH) lideri Fərəc Quliyev bildirib.

F.Quliyev qeyd edib ki, işçi qrupunda MSƏM-ə daxil olan siyasi qüvvənin hər birindən bir nümayəndə təmsil olunur: "İşçi qrupu mərkəzin bütün resurslarını nəzərdə tutulan tədbirlərə cəlb etmək, növbəti toplantılarını hazırlamaq və s. məsələlərin həyata keçirilməsini diqqətdə saxlayacaq".

Qeyd edək ki, MSƏM-in İşçi qrupuna Ümid Partiyasından Nəsimi Məmmədli, Milli Dirçəliş Hərkatından Tahir Seyidov, Azərbaycan Milli Demokrat Patiyasından Oqtay Xəlilli, Azərbaycan Milli İstiqlal Partiyasından Aydın Əliyev və Tərəqqi Partiyasından Eldar Musayev daxildir.

MDH lideri onu da söyləyib ki, MSƏM-in toplantısında aylıq iş planı təsdiqlənib, Türkiyədə baş verən məlum hadisələrlə, regiondakı vəziyyətlə bağlı bəyanatlar qəbul olunub: "Eyni zamanda gələn həftə bir neçə dəyirmi masaların keçirilməsi, kütləvi aksiyaların təşkil edilməsi məsələləri də müzakirə olunub". F.Quliyev onu da vurğulayıb ki, hər həftənin cərşənbə günü mərkəzin toplantıları keçiriləcək.

Xəbər lenti

Xəbər lenti