...

Novruz Məmmədov: Azərbaycan prezidentinin ABŞ-a səfər proqramı üzərində iş gedir

Siyasət Materials 6 Aprel 2006 18:45 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-a rəsmi səfər proqramı üzrəində iş gedir. Bu barədə Trend ə aprelin 6-da Azərbaycan prezidentinin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov məlumat verib.

Səfər yaxın vaxtlarda ABŞ prezidenti C.Buşun dəvəti ilə həyata keçiriləcək. "Şübhəsiz ki, səfər gedişində Azərbaycan prezidenti Corc Buş və digər rəsmi şəxslərlə görüşəcək. Görüşün gedişində ikitərəfli məsələlər, regional problemlər, beynəlxalq əməkdaşlıq, terrorizmlə mübarizə və digər məsələlər nəzərdən keçiriləcək. Hələlik bunlar üzərində iş aparılır", - deyə N.Məmmədov bildirib.

Vaşinqtonda aparılan danışıqların gedişində "İran məsələsi"nə baxılacağı barədə politoloqların bəyanatları ilə bağlı fikrini ifadə edərkən N.Məmmədov bildirib ki, politoloqların əksəriyyəti əvvəlcə hər hansı bir fikir irəli sürür, sonra isə onu əsaslandırmağa çalışırlar.

Aprelin üçüncü ongünlüyünə planlaşdırılan səfərin dəqiq tarixi yaxın vaxtlarda elan olunacaq.

Xəbər lenti

Xəbər lenti