"İRƏLİ" Ümumrespublika Gənclər Hərəkatının həmtəsisçisi Fərhad Məmmədov aprelin 12-13-də Moskvada keçiriləcək Tələbə və Gənclər Təşkilatları Birliyi prezidumunun iclasında və aprelin 14-15-də keçiriləcək MDB-nin Yaradıcı və Ziyalı nümayəndələrinin I Forumunun iclasında iştirak edəcək. Bu barədə Trend ə adıçəkilən hərəktdan bildiriblər.
Birinci tədbirdə Ukrayna, Qazaxıstan, Polşa, Litva, Finlandiya, İtaliya, Almaniya və digər ölkələrin gəncləri iştirak edəcək. Tədbir M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Gənclər Birliyi tərəfindən təşkil olunur.
İkinci tədbirə isə MDB ölkələrinin bir sıra ziyalısı, gənclər təşkilatları və dövlət nümayəndələri dəvət olunub. Tədbir MDB-nin "Təhsil və Gənclik" Palatası tərəfindən təşkil olunub