...

İqbal Ağazadə: "Hər iki müxalifətçi deputat qrupu birgə əməkdaşlığa meyllidir"

Siyasət Materials 11 Aprel 2006 12:26 (UTC +04:00)

Milli Məclisdə fəaliyyət göstərən hər iki müxalifətçi deputat qrupu birgə əməkdaşlığa meyllidir. Bu barədə Trend ə Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib.

Qeyd edək ki, parlamentdə Pənah Hüseyn də daxil olmaqla 4 müsavatçı millət vəkilindən və müsavatçı Aynur Camalqızı da daxil olmaqla 5 partiya sədrindən ibarət iki qrup fəaliyyət göstərir. Hər iki qrupun birgə fəaliyyət göstərməsi üçün ötən həftə danışıqların aparılması nəzərdə tutulmuşdu. Lakin müəyyən səbəblər üzündə bu danışıqlar alınmayıb.

İ.Ağazadə qeyd edib ki, danışıqlar şəxsi problemlər üzündən baş tutmayıb: "Ancaq bu barədə ciddi şəkildə iş aparılır. Yaxın vaxtlarda birgə əməkdaşlıq məsələsi öz həllini tapacaq".

Millət vəkili vurğulayıb ki, hər iki tərəfin buna istəyi var: "Tərəflər istəyir ki, cəmiyyətin demokratikləşməsi istiqamətində parlamentdə qaldırılan məsələlərə birgə münasibət formalaşsın. Bir sıra texniki məsələlər var ki, bu da həll olunacaq və əməkdaşlığın sərhədi müəyyənləşəcək".

Xəbər lenti

Xəbər lenti