...

MSK 315 nəfər müşahidəçini qeydiyyata alıb

Siyasət Materials 19 Aprel 2006 12:58 (UTC +04:00)

Təkrar parlament seçkilərində müşahidə aparmaq üçün Mərkəzi Seçki Komissiyası tərəfindən 315 nəfər müşahidəçi qeydə alınıb. Trend in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov açıqlama verib.

O bildirib ki, MSK tərəfindən qeydə alınan müşahidəçilər təkrar seçkilərin keçiriləcəyi 10 dairənin hər birində müşahidə apara bilərlər. Dairə seçki komissiyaları tərəfindən isə qeydə alınan müşahidəçilərin sayı 600-dən çoxdur. Onlar yalnız həmin dairənin ərazisində müşahidə apara bilərlər.

Seçkidə jurnalistlər tərəfindən müşahidə aparılmasına gəldikdə, MSK-ya yalnız iki media orqanı müraciət edib və qeydiyyata alınıb.

Xəbər lenti

Xəbər lenti