Beynəlxalq Respublikaçılar İnstitunun Azərbaycan nümayəndəliyi 13 may təkrar parlament seçkilərində "exit-poll" keçirilməsi üçün artıq 220 nəfəri bu işə cəlb edib. Trend in məlumatına görə, "exit-poll" sorğusunu aparmaq üçün siyasi mənsubiyyəti olmayan və neytral mövqedə dayanan şəxslər seçiliblər.
Lakin sorğu aparacaq şəxslərin siyasi mənsubiyyətlərinin bir daha dəqiqləşdirilməsi məqsədilə onların siyahıları siyasi partiyalara paylanacaq. Bununla həm də parityalardan sorğunu keçirəcək şəxslərin barəsində məlumatlar, tövsiyələr alınacaq.
Qeyd edək ki, Beynəlxalq Respublikaçılar İnstitutundan başqa hələlik "exit-poll" keçirəcəyini bəyan edən beynəlxalq təşkilat yoxdur.