...

Səməd Seyidov Avropa Şurası baş katibinin müşaviri ilə görüşüb

Siyasət Materials 25 Aprel 2006 15:05 (UTC +04:00)

Milli Məslisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin başısı Səməd Seyidov aprelin 25-də Avropa Şurası baş katibinin siyasi məsələlər üzrə müşaviri Plamen Nikolov ilə görüşüb. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

S.Seyidov AŞPA-nın bu yaxınlarda keçirilmiş sessiyasında müzakirə olunan məsələlərə toxunaraq, onların Azərbaycan üçün əhəmiyyətindən danışıb. Bildirib ki, sessiyada ölkəmizlə birbaşa əlaqəli məsələ olmasa da, qaçqın və məcburi köçkünlərin vəziyyətinə dair məruzə, eləcə də Cənubi Qafqazda kişi və qadın hüquqları ilə bağlı yeni məruzəçinin təyin olunması bizim üçün çox vacib olub. Ümumiyyətlə, Azərbaycan Avropa Şurası ilə əlaqələrin inkişafında maraqlıdır və bunun üçün əlindən gələni edir.

Sonra nümayəndə heyətimizin başçısı ölkəmizdə həyata keçirilən demokratik islahatlar, iqtisadi, sosial sahələrdə əldə olunan nailiyyətlər, may ayında Milli Məclisə təkrar seçkilərə hazırlıqla bağlı ətraflı məlumat verib.

Plamen Nikolov Azərbaycandakı islahatlardan, iqtisadi inteqrasiyadan məmnunluqla danışaraq bildirib ki, ölkəmizin bu cür dinamik inkişafı beynəlxalq aləmdə yüksək qiymətləndirilir. AŞPA inkişaf etmiş Azərbaycanla əlaqələrin genişlənməsində maraqlıdır. O, may ayında keçiriləcək təkrar seçkilərə hazırlığın vəziyyətini öyrənmək və seçkiləri müşahidə etmək üçün Avropa Şurasının geniş tərkibli nümayəndə heyətinin Azərbaycana gələcəyi barədə ətraflı məlumat verib.

Xəbər lenti

Xəbər lenti