...

AB Cənubi Qafqaz ölkələri ilə fəaliyyət proqramının təsdiqlənməsini təxirə sala bilər

Siyasət Materials 16 May 2006 12:09 (UTC +04:00)

Avropa Birliyi Cənubi Qafqaz ölkələri ilə fəaliyyət proqramının təsdiqlənməsini təxirə sala bilər. Bu barədə Brüsseldə AB-nin xarici siyasət məsələləri üzrə komissarı Benita Ferrero-Valdner bəyan edib.

"Azadlıq" radiosunun məlumatına görə, Ermənistan, Azərbaycan və Gürcüstanla danışıqların yeni mərhələsinin işlənib hazırlanması istisna olunmur. "Danışıqların daha bir mərhələsi gözlənilir. Danışıqlar ölkələrin buna hazır olmasından sonra baş tutacaq. Ümidvaram ki, biz razılığa gələcəyik", - deyə Valdner bildirib. Bu barədə Praym-Nyus xəbər verir.

Xəbər lenti

Xəbər lenti