Dünya Bankının Azərbaycanla tərəfdaşlıq strategiyası (2006-09-cu illər) yayda təsdiqlənə bilər. Bu barədə Trend ə Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə regional direktoru məlumat verib.
Onun sözlərinə görə, hazırda Maliyyə Nazirliyi strategiyanın reallaşdırıldığı dövrdə ölkəyə təqdim olunacaq yardımın həcmini nəzərdən keçirəcək və yaxın vaxtlarda ona aydınlıq gətiriləcək.
"Lakin strategiyanın yayda təsdiq olunacağı faktı strategiyaya daxil olan layihələrin işləməyəcəyi demək deyil. Gördüyünüz kimi, biz yeni strategiya çərçivəsində işləri davam etdiririk, yeni layihələr hazırlayırıq, strategiyanın özü bizim səylərimizin əlaqələndirilməsi baxımından mühümdür", - deyə
D.Douset-Koyrolo bildirib.