...

İyunda Ərzrumda Gürcüstan müsəlmanlarının məşvərət görüşü keçiriləcək

Siyasət Materials 22 May 2006 12:14 (UTC +04:00)

İyunun 20-də Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının təşəbbüsü ilə Türkiyənin Ərzrum şəhərində Gürcüstan müsəlmanları nümayəndələrinin məşvərət görüşü keçiriləcək. Bu barədə Trend ə Gürcüstan Azərbaycanlıları Milli Assambleyasından (GAMA) məlumat verilib.

Görüşə müsəlman-osetinlərin, acarların, müsəlman-gürcülərin, azərbaycanlıların, ahıska türklərinin, kistlərin (Gürcüstanda yaşayan çeçenlər) və müsəlman abxazların nümayəndələri qatılacaq. Ərzurumda məşvərət görüşünün təşkilində əsas məqsəd Gürcüstan müsəlmanlarının vahid siyasi partiyasının yaradılmasını müzakirə etməkdir. GAMA-dan bildirilib ki, dağınıq və parçalanmış halda olan Gürcüstan müsəlmanlarının vahid siyasi partiyasının yaradılması ideyası artıq Gürcüstan müsəlmanlarının nümayəndələri tərəfindən dəstəklənib. Ərzrumda düzənlənəcək görüşdən sonra artıq bu istiqamətdə fəal işlərin başlanması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti