...

Nikolae Ureke: Azərbaycan prezidenti Qara dəniz dialoq və tərəfdaşlıq forumunda iştirak edəcək

Siyasət Materials 24 May 2006 13:00 (UTC +04:00)
Nikolae Ureke: Azərbaycan prezidenti Qara dəniz dialoq və tərəfdaşlıq forumunda iştirak edəcək

Azərbaycan prezidenti İlham Əliyev iyunun 5-də Buxarestdə (Rumıniya) başlayacaq Qara dəniz dialoq və tərəfdaşlıq forumunda iştirak edəcək. Trend in xəbər verdiyi kimi, bu barədə mayın 24-də keçirilmiş brifinqdə Rumıniyanın Azərbaycandakı səfiri Nikolae Ureke məlumat verib.

Onun sözlərinə görə, bu forumun keçirilməsi ilə bağlı təşəbbüs Rumıniya prezidenti tərəfindən irəli sürüb. Artıq Azərbaycan, Türkiyə, Albaniya, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rusiya, Ukrayna və Ermənistan dövlət başçılarına dəvətnamə göndərilib. Sammitə AB-yə üzv ölkələrin xarici siyasət idarələrinin başçıları, ABŞ, Norveç, İsrail, regional və beynəlxalq qurumların nümayəndələri də dəvət olunub.

Rumıniya rəhbərliyi hesab edir ki, belə forumun keçirilməsi Qara dəniz regionunda təhlükəsizliyin təmin olunması, iqtisadi layihələrin gerçəkləşdirilməsi üçün böyük və yaxşı imkanlar yaradacaq, region ölkələri arasında qarşılıqlı etimadın artmasına təkan verəcək. Forumda böhranlı vəziyyətlərin həlli, dondurulmuş münaqişələrin nizamlanması və ətraf mühitin qorunması kimi qlobal məsələlərin də müzakirəyə çıxarılacağı planlaşdırılır. Diplomatın fikrincə, məhz bu məsələlər digər beynəlxalq qurumların diqqətindən kənarda qalır. Artıq Azərbaycan, Moldova, Gürcüstan və Ermənistan prezidentləri sammitdə iştiraklarını təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti