...

Azərbaycan və Ermənistan prezidentləri Buxarestdə görüşə bilərlər

Siyasət Materials 24 May 2006 14:11 (UTC +04:00)

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Robert Köçəryan Buxarestdə görüşə bilərlər. Trend in verdiyi məlumata görə, Bu barədə jurnalistlərə Rumıniyanın Azərbaycandakı səfiri Nikolaye Ureke məlumat verib.

Onun sözlərinə görə, görüş hər iki ölkənin dövlət başçılarının da iştirak edəcəkləri iyunun 5-də Rumıniya paytaxtında keçiriləcək Qara dəniz dialoq və tərəfdaşlıq Forumu çərçivəsində keçirilə bilər. Diplomatın sözlərinə görə, bu görüşün keçirilməsi üçün bir sıra ilkin şərtlər lazımdır. Və başlıcası, onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri zəruri təkliflər hazırlamalıdırlar.

Səfir bəyan edib ki, Rumıniya prezidentlərin görüşünün keçirilməsi üçün bütün şəraiti yaratmağa hazırdır. Rəsmi Buxarest regionun iqtisadi inkişafına mane olan və Rumıniyanın milli təhlükəsizliyi üçün təhlükə törədən Qara dəniz hövzəsində dondurulmuş münaqişələrin nizamlanması təşəbbüsü ilə çıxış etmək niyyətindədir. Bu münaqişələrin arasında Dnestryanı, Osetiya və əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsi də var.

Xəbər lenti

Xəbər lenti