"Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsi haqqında" qanuna əlavə və dəyişikliklərdə nəzərdə tutulan artımda ölkənin xarici borc və beynəlxalq təşkilatlara üzvlük haqqı xərclərinə 8,3 milyon manat (1,9 faiz) həcmində vəsait nəzərdə tutulub. Trend xəbər verir ki, bu barədə Azərbaycanın maliyyə naziri Samir Şərifov Milli Məclisin mayın 26-da keçirilən növbəti iclasında bildirib.
Nazir qeyd edib ki, nəzərdə tutulan vəsait bir sıra beynəlxalq təşkilatlarla imzalanmış və ya imzalanması gözlənilən kredit sazişlərində Azərbaycan tərəfinin pay iştirakına sərf ediləcək: "Bu layihələrin sırasında Dünya Bankı ilə səhiyyə və məhkəmə sektorlarında islahat layihəsi, kənd təsərrüfatının inkişafı və kreditləşməsi layihəsi, Asiya İnkişaf Bankı ilə Cənub avtomobil yolu layihəsi, məcburi köçkünlər üçün sosial infrastruktur layihəsi, Çexiya İxrac Kredit Bankı tərəfindən maliyyələşən Bakı-Rusiya dövlət sərhəddi avtomobil yolunun yenidən qurulması layihələri daxildir".
S.Şərifov qeyd edib ki, artım üzrə nəzərdə tutulan xərclərin 15,8 milyon manatı və ay 3,7 faizi yeni yaradılan Fövqəladə Hallar və Müdafiə Sənayesi Nazirliklərinin saxlanılması, Daxili İşlər Nazirliyinin məlumat və proqram-texniki təminatının təkmilləşdirilməsinə yönəldiləcək. Nazir onu da vurğulayıb ki, dövlətin investisiya fəaliyyətinin genişləndirilməsi, regionların sosial iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə dövlət əsaslı vəsait qoyuluşu 271,3 milyon manat artırılaraq 882,3 milyon manata çatdırılacaq: "Dövlət Neft Fondu hesabına maliyyələşən investisiya qoyuluşu da nəzərə alınarsa 2006-cı ildə dövlətin investisiya xərcləri 1 milyard 320 milyon manat təşkil edəcək. Bu vəsaitin 38,8 milyon manatı Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının yaradılmasına, baş verə biləcək fəlakətlərin qarşısının alınmasına, mülki müdafiə tədbirlərin həyata keçirilməsinə, dağ-mədən işlərində və tikintidə təhlükəsizliyin təmin edilməsində və s. sahələrə, 17,1 milyon manat vəsait ölkə sərhədlərinin daha et
ibarlı qorunması üçün maddi-texniki bazanın yenidən qurulmasına yönəldiləcək".