...

Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçiləri DİN-in idarə rəisləri ilə görüşüblər

Siyasət Materials 26 May 2006 18:24 (UTC +04:00)

Mayın 26-da Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qrosla Endres Herkel Azərbaycanın Daxili İşlər Nazirliyinin idarə rəisləri ilə görüşüblər. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qonaqlar DİN sistemində aparılan islahatlar və digər məsələlərlə bağlı məlumatlandırılıblar. Bu islahatlar çərçivəsində daxili işlər orqanlarında çalışan əməkdaşların maaşları artırılıb, onların sosial rifahlarının gücləndirilməsi üçün bir sıra başqa addımlar atılıb.

DİN vətəndaşların konstitusion hüquqlarına hörmətlə yanaşır, onların DİN-də qəbulu, şikayətlərinin araşdırılması və tez bir zamanda müvafiq qərarların qəbul edilməsi təmin olunur.

Həmçinin qeyd olunub ki, hüquq müdafiəçiləri və Ombudsman mütəmadi olaraq DİN nəzdindəki müvəqqəti saxlama təcridxanalarında monitorinqlər keçirirlər, həmin vətəndaşların şəraiti ilə maraqlanırlar. DİN bununla bağlı hüquq müdafiəçilərinə geniş imkanlar yaralır.

Xəbər lenti

Xəbər lenti