...

Baş nazirin birinci müavini: Azərbaycan 2007-ci ildə qaz idxalını azalda bilər

Siyasət Materials 31 May 2006 17:36 (UTC +04:00)
Baş nazirin birinci müavini: Azərbaycan 2007-ci ildə qaz idxalını azalda bilər

"Azərbaycan gələn il Rusiyadan idxal olunan qazın həcmini azalda bilər" -deyə baş nazirin birinci müavini Yaqub Eyyubov Trend ə bildirib.

Onun sözlərinə görə, bu, gələn il üçün lazım olan qaz balansına yekun vurulduqdan sonra məlum olacaq. Rusiya qazının idxalı Azərbaycanın öz hasilatından və "Şahdəniz", "Azəri-Çıraq-Günəşli" yatağlarından əldə olunacaq qazın həcmindən asılıdır.

Bu il Azərbaycan Rusiyanın "Qazeksport" şirkətindən 1 min kubmetrə görə $110 qiymətilə təxminən 4,5 mlrd. kubmetr qaz almağı planlaşdırır. Təbii qaz Şirvanovka - Qazıməmməd kəmərilə ölkəyə verilir. Rusiya şirkəti Azərbaycanın yeganə təbii qaz idxalçısıdır.

Xəbər lenti

Xəbər lenti