Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Bakıda ATƏT missiyasını qəbul edib. Azərbaycan XİN-in mətbuat mərkəzindən Trend ə verilən məlumata görə, missiyanın tərkibinə İspaniya (təşkilatın gələcək sədri) Lixtenşteyn, Almaniya və Norveçin ATƏT-dəki səfirləri daxil olub.
Görüşdə ATƏT və Azərbaycan arasında əlaqələrin bütün spektrlərinə dair fikir mübadiləsi aparılıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinin inkişafına və gələcəyinə, o cümlədən ATƏT-in bu istiqamətdə roluna xüsusi diqqət ayrılıb.
Mətbuat mərkəzindən o da qeyd olunub ki, bu, ATƏT ölkələri səfirlərinin müxtəlif regionlara, xüsusilə Cənubi Qafqaz ölkələrinə ənənəvi səfər praktikasıdır. Missiyanın məqsədi region ölkələri, xüsusilə Azərbaycanla əməkdaşlıq məsələlərini müzakirə etməkdən ibarətdir.