...

Hacıağa Nuri: "Azərbaycanı İslam dünyası ilə düşmən etməməliyik"

Siyasət Materials 6 İyun 2006 17:53 (UTC +04:00)

İslamın müqəddəs şəxsiyyətlərini və yerlərini təhqir etməklə bütün İslam dünyasını Azərbaycanla düşmən etməməliyik. Bu barədə Trend ə Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Hacıağa Nuri bildirib.

Qeyd edək ki, bir müddət əvvəl "Gün", "Nyu Fakt", "Lakin" qəzetləri və "Alatoran" jurnalında din xadimləri, islam müqəddəsləri təhqir olunub. Bununla bağlı dindarlar etiraz aksiyaları keçiriblər.

H.Nuri onu da bildirib ki, İslamı dəyərləri təhqir etməklə ermənilərin dəyirmanına su tökmüş oluruq: "Buna yol vermək olmaz. Torpaqlarımızın işğal olunduğu, milyondan çox qaçqınımızın olduğu bir zamanda mətbuatda belə təhqirlərə yol verməklə Azərbaycanı beynəlxalq aləmdən təcrid edirik". Partiya sədri bildirib ki, yerli qəzetlərdə belə təhqirlərə yol verilməsi Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın mövqeyini dəstəkləyən İslam Konfransı Təşkilatına üzv olan ölkələr üçün də zərbədir.

AİP sədri qətiyyətlə bildirib ki, İslamı təhqir edən adıçəkilən qəzetlərin rəhbərəlri qanun çərçivəsində cəzalandırılmalıdır: "Azərbaycandakı tolerantlığı, dini dözümlülüyü qoruyub saxlamalıyıq". Onu da bildirək ki, iyunun 7-də AİP və bir sıra dini təşkilatlar məsələ ilə bağlı dəyirmi masa keçirəcək.

Xəbər lenti

Xəbər lenti