...

Barmek şirkətinin əsas narahatçılığı elektrik enerjisi dəyərinin 100% ödənilməsi üzrə öhdəlikləri yerinə yetirməli olmasıdır

Siyasət Materials 8 İyun 2006 13:50 (UTC +04:00)
Barmek şirkətinin əsas narahatçılığı elektrik enerjisi dəyərinin 100% ödənilməsi üzrə öhdəlikləri yerinə yetirməli olmasıdır

Barmek Azerbaijan şirkəti müqavilə öhdəliklərinin icra etməsinin yoxlanması və yoxlamanın qısa müddətdə bitməsi üçün İqtisadi inkişaf nazirliyi tərəfindən yaradılmış dövlət komissiyasına yardım etməyə çalışmır. Trend in xəbər verdiyi kimi, bu barədə İqtisadi inkişaf naziri Heydər Babayev bu günkü mətbuat konfransında xəbər verib. Onun sözlərinə görə, bu gün soruşulmuş 40 sualdan yalnız dördünün cavabı alınıb.

İqitsadi inkişaf nazirinin müavini, dövlət komissiyasının başçısı Mikayıl Cabbarov qeyd edib: "Şirkətin əsas narahatçılığı budur ki, müqavilənin şərtlərinə görə, Barmek 2006-cı ildən başlayaraq, "Azərenerji"dən aldığı bütün elektrik enerjisinin dəyərini ödəməlidir".

Müqaviləyə görə, "Bakıelektrikşəbəkə"nin rəhbərlik etdiyi birinci il ərzində şirkət elktrik enerjisinin dəyərinin 50%-ni, ikinci il - 55%-ni, üçüncü il - 60%-ni, dördüncü il - 75%-ni, beşinci il isə 100%-ni ödəməli idi.

Şirkətin öz hesabatına görə, birinci rübdə "Azərenerji"dən 44,7 milyon manat dəyərində elektrik enerjisi alınıb, lakin istehlakçılardan cəmi 22,8 milyon manat yığılıb. M.Cabbarov deyib ki, bu vəsaitlərin yığılması istiqamətində işlərin düzgün qurulmadığını təsdiq edir. M.Cabbarov deyib: "Biz tariflərin artırılması haqqında şirkət qarşısında heç bir öhdəlik götürməmişik. Barmek isə birinci kateqoriyalı elektrik enerjisi istehlakçılarına qarşı iddia irəli sürərək, özünü ödənişlərdən azad etmək istəyir".

Hökümət müqavilə şərtlərini yerinə yetirmədiyi halda, Barmek şirkətinin fəaliyyətinin 30 iyuna qədər dayandırılması və Arbitraj məhkəməsinə müraciət edilməsi barədə Barmek şirkətinin başçısı Hüseyn Arabulun bəyanatına da nazir öz münasibətini bildirib. Bu zaman şirkət 291 milyon dollar məbləğində qoyulmuş investisiyaların Azərbaycan tərəfindən ödənilməsini tələb etmək fikrindədir.

H.Babayevin sözlərinə görə, Barmek rəhbərliyinin bu cür bəyanatları yalnız onun narahat olduğundan xəbər verir. Bundan başqa, nazir şirkət tərəfindən qoyulmuş investisiyaların həcmini təsdiq etməyib, Arbitraj məhkəməsinə isə o, artıq müraciət edib. M.Cabbarov qeyd edib: "Müqavilənin birtərəfli qaydada pozulma imkanı müqavilədə nəzərdə tutulub. Azərbaycan höküməti də öz maraqlarını müdafiə etmək üçün tədbir görməyə hazırdır".

Xəbər lenti

Xəbər lenti