...

AMİP sədrinin əvəzi Siyasi Şurada qurultaya hazırlıqla bağlı hesabat verəcək

Siyasət Materials 19 İyun 2006 17:43 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) sədrinin əvəzi, Mərkəzi Şuranın sədri, qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Ayaz Rüstəmov partiyanın Siyasi Şurasında hesabat verəcək. Bu barədə Trend ə A.Rüstəmovun özü bildirib.

A.Rüstəmov qeyd edib ki, partiyanın Siyasi Şurasının iclasında təşkilat komitəsinin sədri kimi qurultaya hazırlığın vəziyyəti ilə bağlı hesabat verəcək: "Məramnamə, qurultayda fəaliyyət göstərəcək 6 (nizamnamə, etiraz və şikayətlər, ölkə üzrə, məramnəmə, seçki və s.) komissiyanın tərkibi barədə Siyasi Şura üzvləri qarşısında hesabat verəcəm". A.Rəstəmov onu da vurğulayıb ki, AMİP qurultaya tam hazırdır.

AMİP rəsmisi onu da bildirib ki, bu, Siyasi Şuranın sonuncu iclası ola bilər. Qeyd edək ki, iclas iyunun 19-da saat 19.00-da keçiriləcək. Partiyanın qurultayı isə iyunun 25-də "Hyatt Recensi" otelində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti