...

Azərbaycan QMİ başçısı İraqda ümumislam konfransı keçirilməsini təklif edib

Siyasət Materials 22 İyun 2006 13:44 (UTC +04:00)
Azərbaycan QMİ başçısı İraqda ümumislam konfransı keçirilməsini təklif  edib

Qafqaz Müsəlmanların İdarəsinin sədri Hacı Allahşükür Paşazadə terrora, dindaxili qarşıdurmaya müqavimət və İraqdakı vəziyyətin normallaşdırılması üzrə tədbirlərin görülməsi məsələləri üzrə islam dünyasının məşhur ruhani və ictimai xadimlərinin iştirakı ilə İraqda beynəlxalq konfransın keçirilməsi təşəbbüsü ilə çıxış edib. Trend in verdiyi xəbərə görə, QMİ başçısı İraq xarici işlər naziri Əl-İsaavi ilə Rusiyada görüşü zamanı bu bəyanatı edib.

Onun sözlərinə görə, İraqın qonşu dövlətlərlə münasibətlərinin zəif inkişafı dünya ictimaiyyətinə bu ölkədəki hadisələr haqqında xəbər tutmağa imkan vermir. "Konfransların keçirilməsi ilə yanaşı kitabçalar nəşr etmək, İraq haqqında filmlər çəkmək lazımdır ki, bu nəinki Azərbaycan xalqına, həm də bütün dünyaya İraqdakı həqiqi vəziyyətdən xəbər tutmağa və bu xalqa yardım etməyə imkan yaratsın", - deyə A.Paşazadə bildirib.

O, QMİ hesabına bir neçə İraq nümayəndə heyətini Azərbaycana dəvət edib. A.Paşazadə həmçinin İslam konfransı təşkilatının bütün qərarlarının tez bir zamanda implementasiyasının zəruri olduğunu da qeyd edib.

Öz növbəsində, İraq XİN başçısı A.Paşazadəni Bağdada dəvət edib. "Sizin səfəriniz əsası bir çox əsrlər bundan əvvəl qoyulmuş iki ölkənin əlaqələrini genişləndirmək və möhkəmləndirməyə imkan yarada bilər".

Xəbər lenti

Xəbər lenti