...

Ümid Partiyası Rəyasət Heyətinin növbəti toplantısı keçirilib

Siyasət Materials 27 İyun 2006 14:54 (UTC +04:00)

Ümid Partiyası Rəyasət Heyətinin iyunun 27-də növbəti toplantısı keçirilib. Trend xəbər verir ki, toplantıda partiyanın ötən həftəki fəaliyyəti, ictimai-siyasi vəziyyət və bu həftəyə plınlaşdırılan işlər barədə müzakirələr aparılıb.

Partiyanın sədri, millət vəkili İqbal Ağazadə ABŞ-ın Bakıdakı səfirliyi siyasi məsələlər üzrə yeni müşaviri Rebekka Maslund və ABŞ-ın Beynəlxalq Əlaqələr üzrə Milli Demokratiya İnstitutunun ölkə direktoru Emi Şultsla və Güney Azərbaycanda baş verən hadisələrlə bağlı keçirdiyi görüşlər barədə məlumat verib.

Toplantıda həmçinin ötən həftə bəzi rayon şöbələrinin keçirdiyi konfranslar haqda məlumat da dinlənilib.

Xəbər lenti

Xəbər lenti