...

Aydın Mirzəzadə: "Azərbaycanın AŞPA-da nüfuzu böyük olduğundan Siyasi Komitənin növbəti iclasının Bakıda keçirilməsi mümkündür"

Siyasət Materials 6 İyul 2006 12:20 (UTC +04:00)

Dağlıq Qarabağ üzrə Alt Komitənin sədri lord Rassel Conson və AŞPA-nın Azərbaycan üzrə yeni həmməruzəçi Böyük Britaniyadan olan deputat Toni Loydun payızda bölgəyə səfəri gözlənilir. Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, politoloq Aydın Mirzəzadə bildirib.

A.Mirzəzadə vurğulayıb ki, AŞPA-da indi tətil mövsümüdür, sentyabradək siyasi fəallıq olmayacaq: "Ancaq Azərbaycan nümayəndə heyəti qurumun yay sessiyasında Siyasi Komitəsinin növbəti iclasının Bakıda keçirilməsi təklifini verib. Bu məsələyə baxılacaq". Millət vəkili qeyd edib ki, AŞPA komitələrinin iclası hansı ölkədə keçirilirsə, bu, həmin ölkə üçün şərəfdir. Çünki qurumun 46 üzv ölkəsi nümayəndələrinin iclas keçirilən ölkəyə yığışması böyük hadisədir.

Millət vəkili onu da vurğulayıb ki, Azərbaycanın AŞPA-da nüfuzu böyük olduğundan Siyasi Komitənin növbəti iclasının Bakıda keçirilməsi mümkündür.

Xəbər lenti

Xəbər lenti