...

Metyu Brayza: Vasitəçilərin yaradıcı imkanları tükənib və buna görə liderlərin təşəbbüslərinə ehtiyac var

Siyasət Materials 7 İyul 2006 14:53 (UTC +04:00)

ATƏT Minsk Qrupu həmsədrlərinin ATƏT Daimi Şurasının iclasında "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prinsiplərinin müəyyənləşdirilməsində bundan artığına nail olmağın mümkünsüzlüyü" haqqında bəyanatı çıxılmaz vəziyyət demək deyil. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, Minsk Qrupunun Amerikalı həmsədri Metyu Brayza BBS-nin Azərbaycan xidmətinə müsahibəsində deyib.

Bu bəyanat o deməkdir ki, vasitəçilərin yaradıcı imkanları tükənib və buna görə liderlərin təşəbbüs və qərarlarına ehtiyac var. "Bu, çıxılmaz vəziyyət deyil. Bu belə bir andır ki, həmsədrlər "indi liderlər istədikləri qərarı verməlidir" deyir" - deyə M.Brayza vurğulayıb.

Onun sözlərinə görə, hər iki liderin siyasi iradəsi var, əməkdaşlıq etməyi istəyir, lakin"biz onların yekun və mürrəkəb addım atmağa, çərçivə sazişinə yekun vurmağa hazır olub-olmadqlarını bilmirik. "İndi elə bir andır ki, ölkə liderləri öz xalqlarına sülh planının faydasını izah etməli, güzəştlər vasitəsilə irəliləmə yolunu göstərməlidirlər. Bu, müharibə deyil, diplomatiya yoludur" - deyə o vurğulayıb.

M.Brayza əlavə edib ki, danışıqlar masasında ədalətli və ümidverici prinsiplər var. "Bunlar indiyə qədər irəli sürülmüş ən yaxşı təkliflərdir. Mən deyərdim ki, indi biz sülhə heç vaxt olmadığımız kimi yaxınıq. Lakin mən prezidentlərin suveren hüquqlarından istifadə edərək təklifləri qəbul edəcəkləri və ya hər iki tərəfi qane edən dəyişiklər edəcəyinə zəmanət verə bilmərəm" - deyə o qeyd edib.

Həmsədrin fikrincə, ABŞ-ın ərazi bütövlüyü və öz müqəddəratını həlletmə prinsiplərini dəstəkləməsi haqqında bəyanatları bir-birinə zidd deyil. "Əgər siz həmsədrlərin bəyanatlarına fikrir versəniz, görərsiniz ki, burada hər iki prinsipə istinad var. Əsas məsələ danışıqlar masasında bu prinsiplərin təmas nöqtəsini tapmaqdır" - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti