...

Məşvərət Məclisinə daxil olan bəzi partiyaların birləşməsi ilə bağlı iş yekunlaşdırılıb

Siyasət Materials 8 İyul 2006 11:34 (UTC +04:00)

"Məşvərət Məclisinə daxil olan bəzi partiyaların birləşməsi ilə bağlı işlərimizi yekunlaşdırmışıq". Bu barədə Trend ə Məşvərət Məclisinin sədri, Demokratik Azərbaycan Dünyası Partiyasının lideri Məmməd Əlizadə bildirib.

Qeyd edək ki, adıçəkilən qurumda təmsil olunan Respublikaçılar, Azad Respublikaçılar, Demokratik Maarifçilik, Milli Dövlətçilik partiyaları vahid mərkəzdə birləşməklə bağlı qərar qəbul ediblər. Bu təşəbbüslə Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov çıxış edib.

M. Əlizadə qeyd edib ki, birləşməkdə məqsəd iqtidarın siyasətini birgə dəstəkləməkdir: "Birləşmək qərarını verən partiyaların hamısı dövlət qeydiyyatından keçiblər. Ancaq istəyirik ki, gücümüzü birləşdirib bir istiqamətə yönəldək. Bəzi məsələlər var ki, onların həlli prezidentdən asıdıdır. Həll olunduqdan sonra birləşmə prosesi həyata keçiriləcək".

Məşvərət Məclisinin sədri ad məsələsinin də problem olmadığını deyib: "Hər bir partiya bu məsələ ilə bağlı öz təklifini verib. Yaxın günlərdə bu məsələ birgə müzakirə ediləcək. Şəxsən mənim fikrimcə isə, Ana Yol adı da pis deyil".

Xəbər lenti

Xəbər lenti