...

"Dağla" Gənclər Hərəkatının üzvləri Təhsil Nazirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərib

Siyasət Materials 10 İyul 2006 15:13 (UTC +04:00)

"Dağla" Hərəkatının üzvləri olan bir qrup gənc iyulun 10-da Təhsil Nazirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərib. Trend in məlumatına görə, gənclərin piketinin qarşısı polislər tərəfindən alınıb.

Polis əməkdaşları gənclərin Nazirliyin binası qarşısına toplanmasına imkan verməyib, onları ərazidən kənarlaşdırıblar. Piket iştirakçıları polislərin göstərişini yerinə yetiriblər və kənarda toplaşmağa başlayıblar. Lakin onların növbəti dəfə nazirliyin binası qarşısına yığışmasına polislər mane olublar. Aksiyaçılar polislərin müşaiyəti ilə nazirlikdən uzaqlaşdırılıblar.

"Dalğa" Gənclər Hərəkatının sədri Ramin Hacılı bildirib ki, onlar aksiyanı baş tutmuş hesab edirlər. Onun sözlərinə görə, təhsil nazirinin müavini İlham Pirvəliyev təşkilat üzvlərini qəbul etməli idi. Lakin aksiya zamanı gənclər nazir müavini ilə əlaqə qura bilməyiblər və onların görüşü baş tutmayıb. R.Hacılı bildirib ki, "Dalğa" Hərəkatının piketləri davamlı olacaq və növbəti etiraz aksiyası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qarşısında keçirilcək.

Qeyd edək ki, gənclər təşkilatları, tələbələr ali məktəblərin bakalavr pilləsini bitirmiş tələbələrin əsgərlikdən əvvəl magistraturaya qəbul olunmaq hüquqlarının bərpasını tələb edirlər. R.Hacılı bildirib ki, magistraturaya hazırlaşan tələbələrdən bir neçəsi artıq imtahat vermədən hərbi xidmətə getmək məcburiyyətində qalıb. Onun sözlərinə görə, bakalavrların bu hüquqlarının pozulması qanundakı boşluqlardan irəli gəlir.

Xəbər lenti

Xəbər lenti