...

Prezident Əhmədinejad İranın Azərbaycan vilayətlərinə səfər edəcək

Siyasət Materials 11 İyul 2006 12:01 (UTC +04:00)

İran prezidenti Əhmədinejad ölkənin azərbaycanlılar yaşayan bölgələrinə səfər edəcək. Trend "Azadlıq" radiosuna istinadən xəbər verir ki, bu barədə İranın Şərqi Azərbaycan vilayətinin valisi, Məhəmmədkazım Memarzadə məlumat verib. O, Əhmədinejadın bu həftə mərkəzi Təbriz olan həmin vilayətə səfər edəcəyini, prezident və dövlət nümayəndələrinin Şərqi Azərbaycan vilayətinin 19 mahalının hamısına baş çəkəcəyi və xalq nümayəndələri ilə görüşəcəyini söyləyib. Bu, İran prezidentinin kütləvi etiraz nümayişlərindən sonra Azərbaycan vilayətlərinə ilk səfəridir.

Qeyd edək ki, Əhmədinejad bu yaxınlarda İranda səfərdə olan Ermənistan prezidenti Robert Koçaryanla İrandan bu ölkəyə qaz kəmərinin çəkilməsi məsələsini müzakirə edib. Hazırda həmin kəmərin inşası Şərqi Azərbaycan vilayətinin Culfa mahalının Nurduz məntəqəsində davam edir. Prezident Əhmədinejadın bu tikintilərə də baş çəkəcəyi gözlənilir.

Başqa bir məlumata görə, Təbrizin Iəkillər Cəmiyyətinin İnsan Hüquqları Komissiyası Güney Azərbaycanda baş verən son hadisələrdə həbs edilən 15 azərbaycanlı fəallın müdafiəsini öz üzərinə götürüb. Iəkillər cəmiyyətinin sədri Doktor Həsən Fərhudiniya komissiyanın 15 nəfərdən əlavə başqa siyasi məhbusların da müdafiəsinə hazır olduğunu bildirib. Hazırda məhbusların məhkəmə işinə baxan hakimlərlə danışıqlar keçirdiyini deyən Iəkillər cəmiyyətinin nümayəndəsi bunun müsbət nəticə verəcəyinə əmindir.

Xəbər lenti

Xəbər lenti