...

Bərdədə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının "N" saylı hərbi hissəsi üçün salınmış şəhərciyin açılışı olub

Siyasət Materials 11 İyul 2006 17:52 (UTC +04:00)

Bərdədə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının "N" saylı hərbi hissəsi üçün salınmış şəhərciyin açılışı olub. Trend xəbər verir ki, şəhərciyin açılış mərasimində daxili işlər naziri general-polkovnik Ramil Usubov, daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı general-leytenant Zakir Həsənov və hüquq mühafizə orqanlarının rəhbərləri iştirak edib.

Tədbirdə çıxış edən general-polkovnik Ramil Usubov Daxili Qoşunların yaradılması və maddi-texniki bazasının möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin böyük xidmətlərini xüsusi vurğulayıb, sərhədlərimizin etibarlı mühafizəsi sahəsində görülən işlərdən, şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi ilə bağlı həyata keçirilən təxirəsalınmaz tədbirlərdən danışıb.

Mərasim iştirakçıları hərbi şəhərciklə, burada zabit, gizir və əsgərlər üçün yaradılmış şəraitlə yaxından tanış olublar. Şəhərcikdə inşaat işləri bir il müddətində başa çatdırılıb, qərargah, yataq korpusu, yeməkxana, hamam, camaşırxana, digər sosial obyektlər tikilib. Burada müxtəlif idman meydançaları fəaliyyət göstərəcək.

Yaxın vaxtlarda şəhərcikdə beşmərtəbəli, 60 mənzilli yaşayış binası inşa olunacaq.

Açılış mərasimindən sonra mətbuat konfransı keçirilib.

Xəbər lenti

Xəbər lenti