...

Demokratik İslahatlar Partiyası mənzil tikintisi mözusunda elmi-praktik konfrans keçirəcək

Siyasət Materials 12 İyul 2006 16:37 (UTC +04:00)

Demokratik İslahatlar Partiyasınin təşkilatçılığı ilə "Mənzil tikintisi: layihələndirmə problemləri, istifadə olunan tikinti materiallarının, mühəndis-kəşfiyyat işlərinin (geologiya, seysmologiya və s.) keyfiyyəti, tikintisi başa çatmış obyektlərin qəbulu və istismarı" mövzusunda elmi-praktik konfrans keçiriləcək. Bu barədə Trend ə Demokratik İslahatlar Partiyasından məlumat verilib. Tədbir iyulun 13-də saat 14.00-dan 18.00-dək Bakı Əyləncə Mərkəzində təşkil olunacaq.

Bu elmi-praktik konfrans "Bakı şəhərinin Baş Planı və Bakıda şəhərsalmanın inkişaf perspektivləri" mövzusunda keçirilmiş konfransın növbəti tərkib hissəsidir. Konfransın işinə əlaqədar dövlət və hökumət nümayəndələri, millət vəkilləri, mütəxəsisslər və KİI dəvətlidir.

Xəbər lenti

Xəbər lenti