...

Azadlıq Partiyası müxalifətin dağınıq fəaliyyət göstərməsindən narahatdır

Siyasət Materials 13 İyul 2006 12:26 (UTC +04:00)

Müxalifətin vahid mərkəzdə fəaliyyət göstərməsinə ehtiyac var. Trend xəbər verir ki, bununla bağlı Azadlıq Partiyası Mərkəzi İcraiyyə Komitəsi bəyanat yayıb.

Bəyanatda bildirilib ki, Cənubi Qafqazda vəziyyətin mürəkkəbləşdiyi, Güney Azərbaycanda azərbaycanlılara qarşı aparılan repressiyalar, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycana təzyiqlərin gücləndiyi bir ərəfədə müxalifət düşərgəsinin dağınıq fəaliyyət göstərməsi qəbuledilməzdir. O da qeyd olunub ki, Azərbaycan müxalifəti bu proseslərdən nəticə çıxarmalıdır.

Bəyanatda həmçinin Azərbaycan iqtidarının Dağlıq Qarabağ probleminin həlli ilə bağlı prinsipial mövqeyi dəstəklənib.

Xəbər lenti

Xəbər lenti