...

Con Braun: "BTC layihəsinin gerçəkləşdirilməsi ictimai və siyasi həyatda müsbət nəticə verib"

Siyasət Materials 13 İyul 2006 15:55 (UTC +04:00)
Con Braun: "BTC layihəsinin gerçəkləşdirilməsi ictimai və siyasi həyatda müsbət nəticə verib"

"BTC layihəsinin gerçəkləşdirilməsi həm ictimai, həm də siyasi həyatda müsbət nəticə verib. Bu gün biz bu nəticələri görürük. Əgər bizim təşəbbüsümüz bu qədər güclü olmasaydı, bu layihəni gerçəkləşdirmək mümkün olmazdı". Trend in xəbər verdiyi kimi, bu barədə iyulun 13-də Türkiyənin Ceyhan limanında ildə 50 mln ton neft nəql etmə qabiliyyətinə malik Bakı-Tiflis-Ceyhan neft kəmərinin istismara verilməsi münasibətilə keçirilən təntənəli mərasimdə BP şirkətinin prezidenti lord Con Braun bəyan edib.

Onun sözlərinə görə, ilk mərhələlərdə təhlükəsizlik məsələləri qaldırılmışdı və əgər biz hər tərəfdən güclü siyasi dəstək görməsəydik, o zaman layihə çətin ki, gerçəkləşər və müsbət nəticələr verərdi.

"Biz görürük ki, BTC layihəsini böyük addım hesab edirlər. Çünki bu layihə bir çox insanları birləşdirib və parlaq gələcəyə yol açıb", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti