...

Arif Hacılı: "Müsavat Məclisinin sədrliyinə seçkilər yaxın həftələrdə keçirilməyəcək"

Siyasət Materials 19 İyul 2006 12:25 (UTC +04:00)

Müsavat Partiyası Məclisinin sədri postuna seçkilər yaxın həftələrdə keçirilməyəcək. Bu barədə Trend ə Müsavat Partiyası başqanının müavini Arif Hacılı məlumat verib.

O bildirib ki, partiyanın Nizamnaməsinə əsasən, Məclisin növbəti iclası 3 ay müddətində keçirilməlidir. Ona görə də Müsavatın Məclisi oktyabrın 15-dən gec olmayaraq toplanmalıdır. A.Hacılının sözlərinə görə, Məclisin iclasının yaxın vaxtlarda keçirilməsi gözlənilmir.

Toplantıda Məclisin sədri postuna təkrarən seçki keçiriləcək. Arif Hacılı bildirib ki, sədrliyə rəsmən namizədliyini irəli sürdüyünü bəyan edənlər hələ ki, yoxdur. Amma partiyadaxili söhbətlərdə iddialı olduğunu söyləyənlər var: "Məclisin 142 nəfər üzvü var və sədr postu uğrunda mübarizənin açıq ziddiyyətlərə gətirib çıxardığını nəzərə alaraq, mən hesab edirəm ki, Məclis sədrliyinə bitərəf şəxs seçilməlidir. Məsələn, ya gənc bir adam, ya qadın, ya partiyada qocaman veteranın sədr olması daha məqsədəuyğundur"-deyə A.Hacılı bildirib.

Xəbər lenti

Xəbər lenti