...

AİP-in sentyabrda keçiriləcək qurultayında yeni strukturlar formalaşdırılacaq

Siyasət Materials 20 İyul 2006 12:46 (UTC +04:00)

Azərbaycan İslam Partiyasının (AİP) sentyabrda keçiriləcək növbəti qurultayında partiyanın nizamnaməsinə dəyişikliklər ediləcək. Bu barədə Trend ə AİP sədri Hacıağa Nuri bildirib.

AİP sədri onu da qeyd edib ki, qurultaya hazırlıqla bağlı təşkilat komitəsi yaradılıb: "Rayon təşkilatlarında konfranslara start verilib. Artıq 10-dan çox rayon təşkialtında bu proses başa çatdırılıb. Konfranslar bitəndən sonra qurultayımızı keçirəcəyik". H.Nuri onu da əlavə edib ki, qurultayda partiyanın nizamnaməsinə əlavə və dəyişikliklər edilməsi məsələsinə də baxılacaq.

H.Nuri vurğulayıb ki, partiya rəhbərliyinə və rayon təşkilatlarına tapşırıq verilib ki, nizamnamə ilə bağlı təklif və rəylərini hazırlasınlar. "Qurultayda sədrliyə yenidən namizədliyinizi verəcəksinizmi" sualımızı cavablandıran partiya sədri bildirib: "Bu barədə indidən qəti söz demək istəmirəm. Bu qurultay öncəsi cərəyan edən proseslərdən asılıdır". Partiya sədri onu da qeyd edib ki, qurultayda yeni rəhbər strukturları da formalaşdırılacaq.

Xəbər lenti

Xəbər lenti