...

Azərbaycan və Tatarıstan protokol imzalayacaq

Siyasət Materials 31 İyul 2006 11:36 (UTC +04:00)
Azərbaycan və Tatarıstan protokol imzalayacaq

Azərbaycan və Tatarıstan hökumətlərinin ekspertləri hər iki ölkənin hökumətlərarası iqtisadi, elmi-texniki və humanitar əməkdaşlıq komissiyasının avqustun 1-də Bakıda keçiriləcək iclasının protokolunun layihəsini ilkin olaraq razılaşdırıb. Bu barədə Trend ə Tatarıstanın Azərbaycandakı daimi nümayəndəliyindən məlumat verilib.

Ekspertlər, həmçinin, Azərbaycan və Tatarıstanın baş nazirləri Artur Rəsizadə və Rüstəm Minnixanovun həmsədrliyi altında keçiriləcək iclasın gündəliyini də razılaşdırıb.

Tatarıstan hökumətinin nümayəndə heyəti Bakıya avqustun 1-də gələcək. Səfər proqramına prezident İlham Əliyev və baş nazir Artur Rəsizadə ilə ikitərəfli görüşlər də daxil edilib. Həmin gün axşam nümayəndə heyəti vətənə yola düşəcək. Tatarıstanın baş naziri ilə yanaşı Bakıya "Belaz" "Kamaz", "Almaz" və digər iri şirkətlərin başçılarından ibarət nümayəndə heyəti, o cümlədən Tatarıstan Səhmdar Kommersiya bankı və Tatarıstan Respublikası neft şirkəti idarə heyətinin sədri də gələcək. Tatarıstanın işgüzar dairələrinin nümayəndələri Azərbaycanın iqtisadi imkanları ilə tanış olacaq, azərbaycanlı həmkarları ilə işgüzar görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti