...

Ayaz Rüstəmov: "AMİP Ermənistanın işğalçı siyasətini ifşa edən materialları əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlara ünvanlayıb"

Siyasət Materials 2 Avqust 2006 17:50 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ məsələsini daim gündəmdə saxlayır. Bu barədə Trend ə AMİP sədri Ayaz Rüstəmov bildirib.

Qeyd edək ki, AMİP Beynəlxalq Demokrat İttifaqının (BDİ) üzvüdür, Avropa Xalq Partiyasına üzvülük məsələsi isə sentyabrda müzakirə olunacaq.

AMİP sədri qeyd edib ki, Avropa Xalq Partiyasının aprelin 7-11-də keçirilən qurultayında iştirak edən partiyanın lideri Etibar Məmmədov ermənilərin işğalçı siyasətini bir daha gündəmə gətirib: "Partiya bu istiqamətdə işini daha da intensivləşdirib. Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətini ifşa edən materialları əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlara ünvanlayıb".

A.Rüstəmov onu da əlavə edib ki, AMİP xaricdə yaşayan azərbaycanlıların hüquqlarının qorunması istiqamətində də iş aparmaqdadır: "AMİP Güney Azərbaycanda insan hüquqlarının kobud surətdə pozulması ilə bağlı BDİ-yə üzv olan partiyalara etdiyi müraciət artıq qəbul olunub. BDİ-nin baş katibi Erik Moen partiya rəhbərliyinə bu barədə məktub da ünvanlayıb".

Xəbər lenti

Xəbər lenti