...

Ümumdünya Turizm Təşkişlatının rəhbəri Bakıya səfər edə bilər

Siyasət Materials 3 Avqust 2006 15:05 (UTC +04:00)

Mədəniyyət və Turizm Nazirliyində İslam Konfransı Təşkilatı (İKT) ölkələrinin turizm nazirlərinin sentyabrın 9-dan 12-dək Bakıda keçiriləcək konfransına hazırlıq gedir. Bu barədə Trend ə Mədəniyyət və Turizm Nazirliyinin Xarici Turizm şöbəsinin müdiri Elçin Qafarlı eksklüziv olaraq bildirib.

Onun sözlərinə görə, konfrans zamanı imzalanacaq sənədlərin layihələri və gündəlik hazırlıq mərhələsindədir. İlkin proqrama əsasən, gündəlik və sənəd layihələrini razılaşdırılmaq üçün yüksək vəzifəli İKT ekspertləri sentaybrın 9-dan 12-dək Bakıda toplaşacaq. Nazirlərin görüşü isə sentyabrın 11-dən 12-dək keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyi artıq bütün təşkilat üzvlərinə dəvətnamə paylayıb. Təxminən 25 ölkə qarşıdakı konfransda iştirakını təsdiqləyib. Konfransda Ümumdünya Turizm Təhkilatının baş katibi Françesko Franjialli, eləcə də 7 İKT institutu, təşkilatdakı müşahidəçilər və beynəlxalq təşkilatların bir sıra rəsmilərinby iştirakı gözləyir.

Konfransda əsas diqqət turizm sahəsində əməkdaşlığın inkişafına ayrılacaq. Üzv dövlətlərə turizmin inkişafı üzrə layihələr hazırlamaq və ölkələrinin turizm imkanlarını təqdim etmək təklif olunub.

Konfransda iki sənədin imzalanması planlaşdırılır: Bakı konfransı qətnaməsi və bəyannamə. Əsas sənəd qətnamədir, bəyannamə isə Azərbaycan tərəfinin təşəbbüsü ilə qəbul olunacaq.

Xəbər lenti

Xəbər lenti